waplog

“İnternet-medianın meydana gəlməsi və inkişafı: əsas istiqamətlər və xüsusiyyətlər” adlı ekspress-informasiya çap olunub


“İnternet-medianın meydana gəlməsi və inkişafı: əsas istiqamətlər və xüsusiyyətlər” adlı ekspress-informasiya çap olunub. Yeni nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və institutun böyük elmi işçisi Rasim Mahmudov, elmi redaktoru isə texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılovadır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) məlumat verilib.

İTİ-dən qeyd edilib ki, Ekspress-informasiyada informasiya cəmiyyəti şəraitində kütləvi informasiya vasitələrinin (KİV) müxtəlif aspektləri araşdırılmış, informasiya-kommunikasiya texnologiyalarının, xüsusən, internetin təsiri ilə KİV sahəsində baş verən transformasiya prosesləri şərh edilib. İnternetin unikal və universal multimedia vasitəsi kimi xüsusiyyətləri, üstünlükləri göstərilmiş, internet-medianın xüsusi istiqamətləri olan müəllif layihələrinin, bloqların, mobil jurnalistikanın xüsusiyyətləri təhlil edilib. Həmçinin internet-medianın texnoloji, iqtisadi və sosial xüsusiyyətləri, internet-medianın fəaliyyəti üçün əhəmiyyət kəsb edən media-analitika problemləri tədqiq edilib.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL