Ağdamın Əhmədağalı kəndində yeni elektron ATS tikiləcək
Ağdamın Əhmədağalı kəndində yeni elektron ATS tikiləcək. Bu barədə məlumatı "ICTnews" elektron xəbər xidmətinə Ağdam TKQ-nın rəisi Hümbət Mustafayev verib. Onun sözlərinə görə, Əhmədağalı kəndində yeni EATS qurulacaq və bu ATS-dən də Çıraqlı kəndi telefonlaşdırılacaq.
"Hələlik biz ərazidə məskunlaşan bütün sakinlərə CDMA telefon xidmətindən istifadə etməyi təklif etmişik"- deyə rəis bildirib. Çıraqlı Ağdamın bəlkə də yeganə kəndidir ki, üç tərəfdən ermənilərin əhatəsində qalıb. Bu kəndin qarşı tərəfindəki Şıxlar, Gülçülük sovxozu və Qərvənd kəndləri erməni işğalındadır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL