Mərkəzi Bank informasiya texnologiyaları üzrə təlim kurslarının təşkil edilməsi ilə bağlı “Kotirovka sorğusu” elan edib
Mərkəzi Bank (MB) “Kotirovka sorğusu” elan edib. Altı lot üzrə aparılan sorğunun ilk lotu Lot1. MB-da informasiya texnologiyaları üzrə təlim kurslarının təşkil edilməsi ilə bağlıdır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə MB-dan məlumat verilib.
Bankdan bildirilib ki, digər lotlar Mərkəzi Bankın ehtiyacları üçün bir ədəd çəngəlağız yükqaldıran və bir ədəd yükdaşıyan arabanın alınması, Baş Mühasibat Sisteminin Əmək haqqı modulunda həyat yığım sığortası ilə bağlı müvafiq sazlama işlərinin həyata keçirilməsi, Mərkəzi Bankın balansında olan əsas vəsaitlərin və nağd pulun sığortalanması məqsədilə keçiriləcək tender prosedurunun hazırlıq və qiymətləndirmə prosesinə müstəqil sığorta məsləhətçisinin cəlb edilməsidir. Beşinci lot Mərkəzi Bankda Brandt tipli əskinas sayğaclarına və Multivak tipli vakuum presləyicilərə texniki qulluq və təmir işlərinin yerinə yetirilməsi, sonuncu lot isə MB-nın adına daxil olan malların gömrük rəsmiləşdirilməsi və Mərkəzi Bankın təyin etdiyi ünvana çatdırılmasıdır.
Sorğuda iştirak haqqı 1, 2, 3-cü lotlar üzrə 25 manatdır, 5-6-cı lotlar üzrə 20 manatdır. İştirak haqqı Mərkəzi Bankın h/h 0145010009944, kod 501004, m/h 0148010001944, VÖEN 9900071001 hesabına köçürülməlidir.
Əsas şərtlər toplusunu iştirak haqqının ödənilməsi barədə təsdiqləyici sənəd (qəbz) təqdim olunmaqla əlaqələndirici şəxsdən almaq olar. Möhürlənmiş və imzalanmış təklif zərfləri 4 iyul 2012-ci il saat 18:00-dək Mərkəzi Bankın inzibati binasında əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək. Zərflər isə 5 iyul 2012-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL