Kartof becərilməsində yeni texnologiya tətbiq edilir
Ölkənin qərb bölgəsində kartofun yay əkinləri üzrə yeni texnologiya həyata keçirilir. Bu barədə məlumatı Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun şöbə müdiri Kazım Hüseynov verib.
Onun sözlərinə görə, respublikamızda kartof əkini həmişə erkən yazda aparılır. Bu isə fermerlər üçün bir sıra çətinliklər yaradır. Yaz əkinlərində torpaq daha çox əkin altında qalır, yığılan məhsulu saxlamaq üçün anbarlara ehtiyac qalır. Eyni zamanda, belə əkinlər aparılan zaman torpaqdan səmərəli istifadə etmək mümkün olmur. Lakin yay əkinlərində bu kimi çətinliklərə rast gəlinmir.
“Sahədən taxıl bitkiləri yığıldıqdan sonra torpaq hazırlanaraq ora kartof əkilir və payızın əvvəlində kartof yumruları yığılır. Bu zaman saxlamaq üçün anbara da ehtiyac qalmır. Kartof elə sahədən bazara aparılır” - deyə, K.Hüseynov bildirdi.
Müsahibin sözlərinə görə, kartofun yay əkinlərində əldə edilən məhsuldarlıq yaz əkinlərinə nisbətən 30-40 faiz çox olur. Ötən yay bölgə fermerləri 10 hektar sahədə yay əkinləri aparıb üstün cəhətlərini gördükdən sonra bu il əkin sahəsi 35 hektara kimi artıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL