ARDNŞ-in müəssisələri üçün vahid standartlar üzrə proqramlar hazırlanır
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid və maliyyə-uçot əməliyyatlarının beynəlxalq standartlara uyğun qurulması neft sənayesində şəffaflığın artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) bununla bağlı ciddi tədbirlər həyata keçirilir. Bu sözləri Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (XAIIK) üzvləri ilə görüşündə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Görüş barədə "ICTnews" elektron xəbər xidmətinə məlumat verən XAIIK-dən bildirilib ki, bu sistemin avtomatlaşdırılması nəzərdə tutulur. Avtomatlaşdırılmış idarəetmə sistemi və mühasibat uçotu HR sahələrində, satış, riskin qiymətləndirilməsi, planlaşdırma, istehsal prosesləri və s. kimi müxtəlif istiqamətlərdə tətbiq edilir: "Hal-hazırda 45 nəfərdən ibarət bir qrup ARDNŞ-in 22 müəssisəsi üçün vahid standartlar əsasında onları birləşdirən müvafiq proqramların hazırlanması üzərində çalışır".
Vitse-prezident üç gün ərzində əmək haqqının ARDNŞ-in 73 min əməkdaşının plastik kartlarına köçürülməsinin nəzərdə tutulduğunu da deyib: "Bu gün maliyyə vəsaitlərinin köçürmə sistemi tamamilə şəffafdır. Hazırda beynəlxalq antikorrupsiya standartlarının tətbiqi üzrə iş aparılır.
Artıq müvafiq tender həyata keçirilib və qalib müəyyən edilib. Bu sahədə aparılan işlərin ayın sonunda başa çatması gözlənilir".Vitse-prezident hazırda ARDNŞ-in aktivlərinin 17 milyard dollara çatdığını da bildirib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL