Tələbələr robot-qapıçı hazırlayıblar
Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) yerləşən Xəlifə Universitetinin tələbə-mühəndisləri robot-qapıçı hazırlayıblar.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, elektronika ixtisasında oxuyan 4 tələbə BƏƏ-də keçirilmiş mühəndislər və Elektronika İnstitutunun müsabiqəsi üçün robot hazırlayıblar və əsas mükafatı udublar.
Onların dediklərinə görə, robotun qurulması zamanı ən sadə materiallar (taxta planka və alüminium tirlər) istifadə olunub.
Robotun ona quraşdırılmış kamera vasitəsilə çəkdiyi şəkillərdə foto müəyyən edən proqramlar topu axtarmağa başlayırlar. Proqram topun hədəfə istiqamətləndiyini aşkar edən kimi robota quraşdırılmış vizual sistem topun istiqamətini və onun düşəcəyi yeri təyin edir.
Bu informasiya robotun intellektual sisteminə, daha dəqiq desək, xüsusi kompyuter qurğusuna ötürülür. Həmin qurğu “qapıçı”nı topun hərəkət trayektoriyasının istiqaməti üzrə hərəkət etdirmək və zərbəni dəf etmək üçün robota müvafiq əmrlər verir.
Tələbələr öz hazırlamalarını "roboqolkiper" adlandırıblar."Biz müsabiqədə hədəfə istiqamətlənən zərbələrin 90 faizini dəf etməyi bacardığımız üçün qalib gəldik”.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL