Yaponiya dünyada ən sürətli superkompyuter hazırlamaq niyyətindədir
Yaponiyanın "Fujitsy" konserni sürətli kompyuterlər arasında liderliyini geri qaytaracağını elan edib. Məlumat üçün bildirək ki, ötən ay dərc edilmiş TOP-500 reytinqində Amerika istehsalı olan superkompyuter birinci pillədə qərarlaşıb. "Biz yaxın vaxtlarda yenidən birinciliyi əldə edəcəyik" - İokohama şəhərində keçirilmiş səhmdarlar yığıncağında korporasiyanın prezidenti Masami Yamamoto bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, konsernin mütəxəssisləri artıq yeni superkompyuterin hazırlanmasına başlayıblar.
Məlumat üçün bildirək ki, "Key" superkompyuteri ötən aya kimi dünyanın ən sürətli superkompyuteri idi. "Fujitsy" onu "Riken" institutu ilə birgə hazırlamışdı. Onun məhsuldarlığı 15,1 petaflops (1 saniyədə kvadrillion hesablama) təşkil edir. "Key" superkompyuteri 88 min ədəd səkkiznüvəli prosessordan ibarətdir, onun hazırlanmasına 112 milyard yena (1.12 milyard dollar) xərclənib.
Lakin bu nəhəng ötən ay birinciliyi Amerikanın "Sekvoya" superkompyuterinə (16,3 petaflops) uduzdu. "Sekvoya" superkompyuteri ABŞ-ın Energetika Nazirliyinin sifarişi ilə hazırlanıb və nüvə partlayışlarının modelləşdirilməsi üçün istifadə olunacağı bildirilib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL