Qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunlar keçirilən daha bir obyekt aşkar olunub
İyun ayının 20-də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Yasamal rayonu, Naxçıvani küçəsi, 9 ünvanında yerləşən, Əliyev Mehdi Azad oğluna məxsus obyektdə qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunların təşkil olunduğu aşkar edilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.
M.Əliyevin vergi uçotunda olmadığı və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozaraq qanunsuz sahibkarlıqla məşğul olduğu müəyyən edilib. Vergi əməkdaşları tərəfindən həmin obyektdən ümumilikdə 12 ədəd kompyuter dəsti, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar, “qara mühasibatlıq” sənədləri götürülüb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL