Erik Şmidt populyar “The New York Times” qəzetinə rəhbərlik edə bilər
ABŞ-da populyarlığa görə üçüncü olan “The New York Times” (The Wall Street Journal və USA Today qəzetlərindən sonra) qəzeti satışlarını yenidən yüksək səviyyəyə qaytara biləcək yeni baş direktor axtarır.
Vəziyyətlə tanış mənbələrin “Bloomberg” agentliyinə verdiyi məlumata əsasən, “The New York Times” qəzetinin rəhbərliyi baş direktor vəzifəsində texniki biliyə malik insan görmək istəyir, çünki şirkət internetdən daha çox xeyir əldə etməyi planlaşdırır.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, son zamanlar oxucuların əksəriyyəti internetdən istifadəyə üstünlük verir. Belə ki, 2011-ci ilin oktyabrından 2012-ci ilin martına kimi olan dövrdə “The New York Times” qəzetinin internet-abunəçilərinin sayı 73 faiz artıb. Lakin bu zaman çərçivəsində qəzetin kağız versiyasının tərəfdarlarının sayı azalıb. Lakin rəqəmsal fəallıq belə qəzetin maliyyə göstəricilərinin altıncı ay ardıcıl olaraq azalmasına kömək etməyib.
Erik Şmidt “Google”-un baş direktoru vəzifəsini 2011-ci ilin aprelində tərk edib, bununla belə şirkətin idarə heyətinin sədri olaraq qalır. O, əvvəllər “Time Warner” xəbər və əyləncə profili konqlomeratı üçün jurnalların çıxarılmasına cavabdehlik daşıyıb. Artıq aydın olduğu kimi, Şmidtin mətbuatda təcrübəsi var.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL