“KÜR” səyyar satış maşınından istifadəyə başlayıb
“KÜR” Elektron Avadanlıqları İstehsalı Müəssisəsi səyyar satış maşınından istifadəyə başlayıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “KÜR” Elektron Avadanlıqları İstehsalı Müəssisəsinin direktoru Rizvan Osmanov məlumat verib.
Direktorun sözlərinə görə, səyyar satış maşını həftənin 6 günü səhər saat 9:00-dan axşam 21:00-a qədər fəaliyyətdədir: “Maşın həm texniki servis xidmətlərini həyata keçirir, həm də “SAZZ” simsiz internet modemlərini müştərilərin istədiyi yerdə test edir və qoşulmanı da yerindəcə yerinə yetirə bilir.
Səyyar satış maşını müştərilərin rahatlığı üçün düşünülüb. Bununla heyət həm müəssisənin istehsal etdiyi və həyata keçirdiyi xidmətlərin keyfiyyəti ilə müştəriləri tanış edir, eyni zamanda da, MMC-yə yeni müştərilər qazandırır”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL