waplog

Ofislərdə saat 9:00-dan 18:00-dək iş saatı keçmişin atributuna çevrilir


Mütəxəssislər bildiriblər ki, ofislərdə ənənəvi iş saatı (saat 9:00-dan 18:00-dək) keçmişin atributuna çevrilir. Belə ki, müasir ofis işçilərinin daha çox mobil qurğularla təchiz edilməsi ilə əlaqədar  fərz etmək olardı ki, biznesin avtomatlaşdırılması sistemləri nəticəsində insanlar daha az işləyəcək və boş vaxtlarından daha səmərəli istifadə edəcəklər. Lakin "Mozy" İT şirkətinin keçirdiyi  tədqiqat nəticəsində məlum olub ki, insanlar, əksinə, daha çox işləyirlər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 1000 Amerika, Britaniya, alman, fransız və İrlandiya işəgötürəni və işçisi arasında keçirilmiş tədqiqat nəticəsində məlum olub ki, direktorların 73 faizi saat 9:00-dan 18:00-dək iş saatına elə də tələbkar yanaşmırlar, lakin digər tərəfdən onlar işçilərdən əmək fəaliyyəti ilə bağlı hansısa bir qeyri-standart əməliyyatların yerinə yetirilməsini tələb etməyə başlayıblar. Məsələn, hansısa işi evdə hazırlamaq, ofisə vaxtından əvvəl gəlmək və ya işi vaxtından gec tərk etmək.

Sorğu çərçivəsində müəyyən edilib ki, müasir işə götürən artıq işçinin yarımsaatlıq ləngiməsini gecikmə hesab etmir, təxminən hər üçüncü işə götürən işçinin əmək fəaliyyətinin 25 faizini evdə yerinə yetirməsinə qarşı deyil. İşçilərin gecikmələrinə ən dözümlü ABŞ müdirləridir; onlar üçün işçinin 37 dəqiqə gecikməsi  əhəmiyyətli deyil, ən tələbkar müdirlər isə alman işə götürənləridir.

"Mozy" şirkəti ofisdə müasir iş gününü təsvir etməklə tədqiqata yekun vurub. Beləliklə, elektron poçtun yoxlanılmasına saat 7:42-də bir qayda olaraq ev və ya maşında başlanılır, 8:18-də işçilər ofisə getməyə başlayırlar, təxminən 17:48-də oranı tərk edirlər. İş günü tam olaraq saat 19:19-da bitir. Beləliklə, orta statistik ofis işçisi işdə təxminən 12 saat vaxt keçirir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL