waplog

Edisonun ixtira etdiyi batareyanın yeni versiyası yenidən populyarlaşa bilər


1 əsr bundan əvvəl ixtira edilmiş Tomas Edisonun nikel-dəmir batareyası Stenford Universitetində çalışan alimlərin apardığı işlər nəticəsində yenidən populyarlaşa bilər. Alimlər ona qrafen əlavə etməklə batareyanın 1000 dəfə daha effektli olmasına nail ola biliblər.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, Edisonun batareyası yüksək davamlılığı ilə məşhurdur, lakin onun enerji ilə tam doldurulması və boşaldılması prosesi çox zaman alır. Batareyanın nikel-dəmir komponentlərinə az miqdarda qrafen əldə edilməsi nəticəsində isə akkumulyator cəmisi 2 dəqiqə ərzində enerji ilə doldurulur və 30 saniyə ərzində boşalır.

Alimlər əmindirlər ki, təkmilləşdirilmiş "sürətli" Edison batareyaları ucuz olması və təhlükəsizliyi hesabına çox populyar ola bilər.
 




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL