Dövlət qulluqçularının İKT sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə xarici ölkələrdə treninqlər təşkil edilir
İKT-nin dövlət idarəedilməsində, "elektron hökumət"in və "informasiya cəmiyyəti"nin təşəkkül tapmasında önəmini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna kompyuter və əsas ofis proqramlarını bilən, habelə internetlə işləmək bacarığı olan vətəndaşların qəbulunda maraqlıdır: “Buna görə də komissiya dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarında 15 sualı məhz İT sahəsinə aid edib”.
DQMK-nin mətbuat xidmətindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu fikirləri komissiyanın sədri Bəhram Xəlilov bildirib.
Bununla yanaşı, komissiya sədri qeyd edib ki, komissiya dövlət qulluqçularının İKT sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə həm ölkə daxilində, həm də e-hökumət sahəsində öndə gedən ölkələrdə (Cənubi Koreya, Estoniya, Kanada, Niderland və s.) dövlət qulluqçuları üçün treninq, seminar və konfranslar təşkil edir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL