waplog

Çin və ABŞ yaxın illərdə innovasiyalar sahəsində dünya lideri olacaq


Çin və ABŞ yaxın illərdə elmi-texniki və innovasiya fəaliyyəti sahəsində dünya lideri olacaq. Bu barədə beynəlxalq sorğu iştirakçılarının əksəriyyəti bildirib. Sorğunun nəticələri Honkonqda
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sorğu auditor, vergi və konsultasiya xidmətləri göstərən KPMG firmalarının beynəlxalq şəbəkəsi tərəfindən  keçirilib. Orada dünyanın müxtəlif ölkələrinin ən iri elmi-texniki şirkətlərində çalışan 668 əməkdaş iştirak edib.

Respondentlərin 1/3 hesab edir ki, Çində yaxın vaxtlarda daha çox inqilabi elmi kəşflər və texniki nailiyyətlər gözlənilir. ABŞ və Hindistan onların sayına görə ikinci və üçüncü yerlərdə qərarlaşacaq. Hər üç ölkənin kompyuter infrastrukturunun təkmilləşdirilməsi və kompyuter xidmətlərinin göstərilməsi sahəsində əldə etdikləri nailiyyətlər biznesin transformasiyasına və elmi-texniki tərəqqinin sürətlənməsinə imkan yaradacaq.

Sorğu iştirakçılarının fikrincə, biznesdə ən ciddi dəyişikliklər smartfon, planşet kompyuterləri və  mobil informasiya qurğuları və sistemləri bazarında baş verəcək.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL