waplog

"Ultra" şirkəti yerli bankda elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlayıb


“Nikoil Bank” ilə "Ultra" şirkəti arasında "DocLogix" elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə dair müqavilə imzalanıb. Bu barədə şirkətdən məlumat veriblər.

"Nikoil Bank” tərəfindən proqram təminatı təchizatçısının seçilməsi üçün açıq tender elan olunub. Tenderdə 14 şirkət iştirak edib. Tender komissiyası tərəfindən ən münasib, ən optimal və qoyulan tələblərə cavab verən təklif 10 ildən artıqdır ki, informasiya texnologiyaları bazarında mövcud olan və bank sektorunda bu növ sistemlərin tətbiqi üzrə təcrübəyə malik "Ultra" şirkəti tərəfindən təklif edilən "DocLogix" sistemi hesab edildi.

Seçilmiş elektron sənəd dövriyyəsi sistemi yalnız “Nikoil Bank”ın mərkəz ofisində deyil, həmçinin onun filiallarında olan sənədlərlə işi nizama salmağa yardım edəcək", - “Nikoil Bank”ın Strateji İnkişaf və Proseslərin Optimizasiyası Departamentinin direktoru Seymur Əliyev bildirib.

"DocLogix" proqramı "AlnaGroup" korporasiyasının tərkibinə daxil olan eyniadlı Litva şirkəti olan "DocLogix" tərəfindən işlənib hazırlanıb. 2011-ci ildə "DocLogix" şirkəti "European IT Excellence Awards" Avropa müsabiqəsinin qalibi olub. "DocLogix" sisteminin istifadəçilərindən biri İsveçin ən böyük banklarından biri olan, həmçinin filialları Baltikyanı ölkələrdə, Rusiyada və Ukraynada olan "Swedbank"dır.

"DocLogix" proqramı orta və iri təşkilatlar üçün elektron sənəd dövriyyəsinin tətbiqinə köklənə bilən sistemdir. Bu proqramın “Microsoft.NET” platforması üzərində qurulması böyük rol oynayır. Belə bir üstünlük onun bütün "Microsoft" proqramları ilə tez bir şəkildə inteqrasiya etməsinə imkan verir.

"DocLogix" sistemi "kağızsız kargüzarlıq" konsepsiyası ilə elektron şəkildə təqdim edilən sənədlərlə iş üzrə vahid mexanizmdir. Elektron sənəd dövriyyəsinin “Nikoil Bank”da tətbiqi sayəsində sənədlərin yaradılması və emalı müddətləri əhəmiyyətli dərəcədə azalacaq, biznes-proseslərin dinamikliyi artacaq.

Elektron sənəd dövriyyəsinin kargüzarlıqda tətbiqi mövcud biznes-prosesləri optimallaşdırmaq, daxil olan və göndərilən sənədlərin emalı prosedurlarını nizamlamaq, şirkətin sənədlərinin etibarlı və təhlükəsiz saxlanmasını təmin etmək imkanı verir. İstehsalatda elektron sənəd dövriyyəsindən istifadə birbaşa bankın rəqabət üstünlüklərinə də təsir göstərəcək.

Məlumat axını hərəkətinin artırılması və bütün proseslərə dəqiq nəzarətin edilməsi hesabına müştərilərə olan xidmətin keyfiyyəti və sürəti artacaq, bununla yanaşı, bankın fəaliyyəti daha da sürətli olacaq.
"DocLogix" elektron sənəd dövriyyəsindən istifadə təşkilatın effektiv idarə edilməsi və nəzarət vasitələrinin yaradılmasına gətirib çıxarır. Proqram çevik kökləmələrə malikdir ki, bu da hər bir istifadəçi üçün proqram və sənədlərə görə ayrıca giriş hüquqları yaratmağa imkan verir.

"DocLogix" şirkəti Baltikyanı ölkələrdə aparıcı İT şirkətlərindən biridir. Həmçinin, Rusiya və Ukrayna bazarlarında həyata keçirilmiş bir çox layihələrə malikdir. Şirkətin məhsullarından həm dövlət sektoru, həm də fərdi sektorun təşkilatları istifadə edir. Azərbaycanda "DocLogix" şirkətinin nümayəndəsi regionda ən iri sistem inteqratorlarından biri olan "Ultra" şirkətidir.

"Elektron sənəd dövriyyəsi sistemi bütün elektron sənədləri mərkəzləşdirilmiş serverdə saxlamağa imkan verəcək və bu da öz növbəsində sənədlərdəki məlumatlara daxil olmağı sürətləndirəcək və bankın infrastrukturuna olan iş gərginliyini azaldacaq. Sistemin veb-texnologiyalar əsasında qurulması istifadəçinin iş yerində heç bir proqram quraşdırmadan yeni istifadəçilərin operativ şəkildə sistemə qoşulmasına imkan verir.

Əlavələrlə iş zamanı sistemin universallığı bütün mümkün növ faylları sənədə qoşmağa imkan verir ki, bu da öz növbəsində proqramdan istifadə sahəsini genişləndirir. Bundan başqa, "DocLogix" sistemi mobil sistemlərlə inteqrasiya edilib və "Google" kimi axtarış və ani ismarışların mübadiləsi proqramlarını dəstəkləmək imkanına malikdir", - “Nikoil Bank”ın İnformasiya Texnologiyaları Departamentinin direktoru Emin Məmmədov "DocLogix" elektron sənəd dövriyyəsi sistemi barədə fikrini bölüşüb.

"Ultra" şirkəti "DocLogix" elektron sənəd dövriyyəsi sistemini gələcəkdə Azərbaycanda inkişaf etdirmək və uyğunlaşdırmaq fikrindədir.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL