“Google” şirkəti məlumat mərkəzlərini kirayə verəcək
“Google” şirkəti "bulud" infrastrukturunu kənar şirkət və istehsalçılar üçün açmaq qərarına gəlib. Korporativ bloqda məlumat verildiyi kimi, axtarış nəhəngi məlumat mərkəzlərində “Linux” əsasında işləyən virtual maşınları (VM) kirayə verməyə başlayıb. Yeni xidmət “Compute Engine” adlanır.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu xidmət çərçivəsində üçüncü şəxslərin sayt və proqramları “Google”-un onlayn-xidmətlərinin fəaliyyət göstərdiyi eyni kompyuterlərdə işləyəcək. “Google” rəqiblərlə müqayisədə eyni məbləğə 50 faiz daha güclü "bulud" xidməti təqdim edəcəyinə söz verib.
Müştərilər “Linux” əməliyyat sistemində işləyən virtual maşınlar arasından 1, 2, 4 və ya 8 nüvəli sistemləri seçə bilərlər. Hər nüvə üçün 3,75 QB əməli yaddaş nəzərdə tutulub. Məlumatları həm sərt disklərdə, həm də internetdə saxlamaq olar.
Xidmətin saytına əsasən, ən sadə sistemdən istifadənin (1 virtual nüvə, 3,75 QB yaddaş və 420 QB tutumunda sərt disk) qiyməti saata təxminən 15 sent, ən qabaqcıl sistemdə isə (8 nüvə, 30 QB yaddaş, hər birinin tutumu 1,770 QB olmaqla 2 daşıyıcı) 1 dollar 16 sent təşkil edəcək. Gələcəkdə əlçatan konfiqurasiyaların sayı genişləndiriləcək.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL