waplog

“Elektron əsrinə doğru addımlayaraq”


Məşhur “Rossiyskaya qazeta”nın 29 iyun nömrəsində “Azərbaycan haqqında “Elektron əsrə doğru addımlayaraq” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin lokomotivi sayılan informasiya-telekommunikasiya sektorunda irimiqyaslı layihələr həyata keçirilir. Rabitə peyklərinin buraxılması, kosmik texnologiyaların inkişafı, Trans-Avrasiya İnformasiya Magistralının (TASİM) çəkilməsi, regional innovasiya sistemlərinin yaradılması ən mühüm istiqamətlər sırasında göstərilmişdir.

Post-böhran dövründə İKT sektorunun inkişaf sürəti, demək olar, azalmamışdır: ölkədə “e-government” adlı irimiqyaslı dövlət proqramı həyata keçirilir, kosmik sahə yaradılır, “Fiber to Home” texnologiyaları inkişaf etdirilir. Paytaxt və regionların əksəriyyəti genişzolaqlı internetlə əhatə olunmuş, rəqəmsal teleyayıma keçid reallaşdırılmışdır. Mobil rabitə operatorları dördüncü nəsil “4G” mobil rabitə sistemlərini tətbiq edirlər.

Eyni zamanda Azərbaycan transregional IP-rabitə sistemləri layihələrinin sayını artırmağa çalışır. Məsələn, həyata keçirilməsinə hazırlıq görülən TASİM layihəsi ilə birlikdə Avropa-Asiya İnformasiya Magistralını (EPEG) işə salmaq planlaşdırılır. İran körfəzinin digər ölkələrinə çıxışı olacaq magistral xətt Rusiya, Azərbaycan, İran və Omanı əhatə edəcəkdir.

Hökumətin müəyyən etdiyi növbəti məqsəd İKT sektorunun keyfiyyətli transformasını nəzərdə tutur. Yəni yaxın illərdə yerli bazar inteqrasiya xidmətlərinin, proqram qərarların və avadanlığın ixracı istiqamətində inkişaf etməlidir. Bu proses artıq başlanmışdır. Azərbaycanın informasiya texnologiyaları şirkətləri nəinki milli layihələrə uğurla cəlb olunmuşlar, onlar həmçinin məhsullarını Cənubi Qafqaz, Mərkəzi Asiya və postsovet məkanı ölkələrinin bazarlarına ixrac edirlər.

Məsələn, ölkənin kompyuter texnikası və avadanlığı istehsalı üzrə aparıcı şirkəti “KÜR” hələ bir neçə il əvvəl öz məhsulunu Gürcüstana və Türkmənistana ixrac etməyə başlamışdır. Lap bu yaxınlarda “KÜR” şirkətinin ixrac nomenklaturası fotoköşklər – laboratoriya, dekoder və ADSL-modemlərlə genişləndirilmişdir. Proqram təminatının işlənib hazırlanması, noutbuk, stasionar kompyuter, server, LCD-monitor və televizor istehsalı ilə məşğul olan “Ultra” şirkəti də getdikcə ixrac istiqamətini mənimsəyir.

Başqa bir misal: Azərbaycanın “Matrix” İT şirkəti “SINAM”-la tərəfdaşlıq şəraitində ötən ilin iyununda Türkmənistanın neft şirkətinin naviqasiya trekinq sistemləri ilə təchiz olunmasına dair müqavilə imzalamışdır. Şirkətin beş min avtomobilində GPS–naviqasiya əsasında qurğular qoyulacaqdır. Layihə çərçivəsində dispetçer sistemləri üçün 150 baza stansiyasının yaradılması da nəzərdə tutulur.

Azərbaycanın proqram təminatı şirkətlərinin rəhbərlərinin hesablamalarına görə, perspektivdə Regional İnnovasiya Zonasının (RİZ) təşkil edilməsi və həmin zonada güzəştli fiskal və gömrük rejiminin yaradılması prosesində proqram təminatı şirkətlərinin layihələri və sistem inteqratorlarının xidmətləri xeyli dərəcədə daha rəqabətə davamlı olacaqdır.

Yerli şirkətlər vaxtı gələndə iri beynəlxalq layihələrin subpodratçılarına çevrilə bilərlər ki, bu da ölkənin “rəqəmsal uçurum”u qısa müddətdə dəf edib, həmin sahədə inkişaf etmiş ölkələrlə bir sırada durmasına kömək edəcəkdir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL