Ultrabuk və bahalı noutbukların satış həcmi artmağa başlayıb
İlk dəfə ötən il təqdim edilmiş ultrabuklar əvvəlcə yüksək tələbata malik deyildilər. Buna səbəb onların qiymətinin baha olması idi. İkinci nəsil və daha ucuz qiymətə malik modellərin istehsalı ilə vəziyyət xeyli dəyişdi və bahalı noutbuk modellərinə tələbat artmağa başladı.
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, bu fakt haqqında mobil bazar üzrə tədqiqat aparmış “NPD” analitik şirkəti məlumat verib. Şirkətin informasiyasına görə, 700 dollar dəyərində olan noutbukların satış həcmi 1 il ərzində 5 faiz artıb və satılmış noutbukların ümumi sayının 17 faizini təşkil edib. Tədqiqatçılar, həmçinin 900 dollar dəyərində olan noutbuklara tələbatın artmasını qeyd ediblər; o, ötən illə müqayisədə 39 faiz təşkil edir.
“NPD” analitik şirkəti ultrabukların orta dəyərini hesablayaraq belə nəticəyə gəlib ki, onlar bu parametr üzrə noutbuklarla əvvəlki kimi rəqabət apara bilmirlər. Belə ki, noutbukların orta dəyəri 510 dollar təşkil edir. Netbukların qiyməti daha ucuzdur.
Lakin onların korpusu kifayət qədər qalındır və ultrabuklarla müqayisədə avtonom iş vaxtı daha azdır. Bununla belə, bir çox istehsalçılar ultrabuklara üstünlük verərək tədricən netbuk istehsalından imtina edirlər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL