Yaponiya ölkə ərazisində elektron kitablar satan xarici şirkətlərdən vergi tutacaq
Yaponiya hökuməti ölkə ərazisində elektron kitab satışı ilə məşğul olan xarici şirkətlər üçün istehlak vergisi tətbiq etməyi planlaşdırır. Bu barədə adsız mənbələrə istinadən “The Asahi Schimbun” yazıb.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni verginin tətbiq edilməsi üzrə planı Yaponiyanın maliyyə naziri Cun Adzumi təsdiq edib. Bu barədə “Agence France-Presse” məlumat verib.
Məmurlar xarici şirkətlərin yararlandığı rəqabət üstünlüyünü aradan qaldırmaq üçün müvafiq qərar qəbul ediblər. Elektron kitab satışları ilə məşğul olan yaponiyalı satıcıları istehlak vergisi ödəyirlər və hökumət onların qeydiyyat yerini dəyişəcəyindən narahatdır. Nəticədə büdcə gəlirlərinin bir hissəsi əskik gələcək. Qüvvədə olan vergi qanunvericiliyi 80-ci illərin sonlarında, hələ elektron ticarət mövcud olmadıqda qəbul edilib.
Hökumət düzəlişləri tələsik ona görə qəbul edir ki, yaxın gələcəkdə dünyanın ən böyük elektron kitab satıcısı olan “Amazon.com” Yaponiya bazarına çıxmağı planlaşdırır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL