waplog

Xüsusi eynəksiz “3D”-effekt


“LG Electronics” şirkəti irihəcmli kontentin (məzmunun) əks olunma imkanı ilə 20 düyməli “Flatron DX2000” monitor istehsal edib. Qurğuda “parallaks baryer” effekti istifadə olunur. Başqa sözlə, matrisdə sol və sağ göz üçün 2 az fərqlənən şəkil formalaşdırılır, məhz bunun sayəsində təsvir irihəcmli görünür. Həm də “3D” təsvirə baxış üçün xüsusi eynək lazım deyil. Monitora quraşdırılmış kamera optimal stereoskopik effektin formalaşması üçün istifadəçinin ekran qarşısındakı vəziyyətini izləyir. “2D” təsvirin irihəcmli təsvirə çevrilməsi mümkündür.
Panelin kəskinliyi 1600×900 piksel; ziddiyyət isə 1 000:1 təşkil edir. Matrisin reaksiyası 5 ms-ə bərabərdir. Siqnal mənbələrinin qoşulması üçün DVI və HDMI interfeysləri nəzərdə tutulub. “Flatron DX2000” modelini yaxın vaxtlarda 1200 dollara əldə etmək mümkün olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL