waplog

“iPad” ticarət markası “Apple”-ə aid deyilmiş


Çin məhkəməsi İT nəhəngi “Apple” korporasiyası ilə Çinin “Proview” şirkəti arasında aparılan məhkəmə prosesinə xitam verib. “Apple” korporasiyası əldə olunmuş sazişə əsasən, Çin şirkətinə 60 milyon dollar ödəyib."Bu qərar hamını qane edir" – “Proview” şirkətinin vəkillərindən biri qeyd edib.

Məhkəmə prosesinə səbəb “iPad” ticarət markasıdır. “Proview” şirkəti “iPad” ticarət markasını 2001-ci ildə Çində qeydiyyatdan keçirib. Onun filialı “Proview Taipei” şirkəti isə bu ticarət markasına hüququ hələ 2000-ci ildə əldə edibmiş. “Apple” korporasiyası “iPad” ticarət markasına hüququ isə “Proview Taipei” şirkətindən 2009-cu ildə satın alıb, lakin “Proview” şirkəti iddia edir ki, həmin saziş Çinin ərazisinə aid edilmir.

Məlumat üçün bildirək ki, “iPad” planşet kompyuterinin birinci modeli 2010-cu ilin yazında işıq üzü görüb. Bu planşet öz seqmentinin 60 faizinə nəzarət edir.




 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL