“LG” şirkəti 2020-ci ilədək şəffaf elastik ekran bazarında mütləq lider ola bilər
“LG Electronics” korporasiyası ultrayüksək təsvir ölçülü iri ölçülü şəffaf elastik ekranların hazırlanması ilə bağlı tenderdə qalib gəlib. Cənubi Koreya hökuməti tərəfindən təşkil edilmiş müsabiqədə, həmçinin “Samsung Electronics” şirkəti də iştirak edib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ölkə büdcəsindən “LG” şirkətinə 55 milyon dollar vəsait ayrılacaq. Həmin vəsait 60 düym ölçülü və 3840x2160 piksel (4K) təsvir ölçülü yeni ekranların hazırlanmasına və tədqiqatına xərclənəcək.
Hazırlanacaq məhsullar 40 faiz şəffaflıq göstərici və 10 santimetr əyrilik radius ilə fərqlənəcək. “LG” şirkətinin yeni ekranları istehsal etməmişdən əvvəl tərəfdaşları ilə birgə bir sıra tədqiqatlar keçirəcəyi qeyd edilir.
Koreyanın “DDaily” nəşrinin məlumatına görə, “LG Electronics” şirkəti 2020-ci ilədək şəffaf elastik ekran bazarında mütləq lider ola bilər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL