waplog

Bankomatlar vasitəsi ilə kredit ödənişləri də həyata keçirilməyə başladı


“Unibank” bankomatları vasitəsi ilə kreditlərin ödənilməsi üzrə yeni xidmətin göstərilməsinə başlayıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bank bu əməliyyatları yalnız öz bankomatları vasitəsi ilə həyata keçirir.

Artıq bütün plastik kart sahibləri cəlb etdikləri kreditlər üzrə müntəzəm ödənişləri həyata keçirmək üçün Bankın ATM şəbəkəsindən istifadə edə bilər. Bunun üçün onlar öz kartlarını bankomatlardakı xüsusi menyuda qeydiyyatdan keçirməli və “Unibank”la kredit müqavilələrinin kodunu daxil etməlidirlər.

Xidmət üzrə müştərinin qeydiyyatı onun mobil nömrəsinə abunə balansında 1 AZN-ə bərabər məbləğin bloklaşdırılması barədə SMS ilə təsdiqlənir. Bundan sonra kredit cəlb edən müştərinin kartından, avtomatik olaraq, hər ay kreditin ödənilməsi cədvəlinə müvafiq vəsaitin silinməsi aparılır. Kreditlərin ödənilməsi üzrə əməliyyatlar həmin an kartın balansında əks olunur.

“Unibank” tərəfindən təklif olunan yeni xidmət hər bir müştəriyə istədiyi zaman kredit öhdəliklərini yerinə yetirmək, bankın filiallarındakı kassalarında vaxt itirməmək və nəticədə müsbət kredit tarixçəsini formalaşdırmağa imkan verir. Həmçinin qeyd etmək lazımdır ki, bu əməliyyatlar üçün, ölkə bankları tərəfindən buraxılan hər hansı bir kartdan istifadə oluna bilər. Ən əsası isə bu zaman kreditlərin ödənilməsi üçün heç bir əlavə komissiya haqqının tutulmamasıdır.


SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL