Gəncədə poçt şöbələrinin mühafizəsi və təhlükəsizliyi tam təmin olunur
Gəncə Regional Poçt Filialı (RPF) bank və maliyyə xidmətlərinə başlanması ilə əlaqədar təhlükəsizlik tədbirlərini bir qədər də gücləndirib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Gəncə RPF-nin rəisi Nizami Mustafayev məlumat verib.
Onun sözlərinə görə, filial tərəfindən qiymətlərin və poçt şöbələrinin mühafizəsinin, təhlükəsizliyinin təmin edilməsi üçün inzibati binanın baş xəzinəsi yenidən qurularaq xüsusi bunker tikilib. Filial müasir mühafizə qurğusu və kamera ilə təchiz edilib. Bütün poçt şöbələri də mühafizə qurğuları ilə təmin edilib.
Qeyd edək ki,”Azərpoçt”MMC tərəfindən bütün region poçt filiallarının mərkəzi poçt şöbələrinin müşahidə kameraları ilə təchiz edilməsi gözlənilir. Bu müşahidə kameraları bir mərkəzdən idarə olunacaq.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL