Təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspertlə görüş keçirilib
AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsilin informasiyalaşdırılması üzrə beynəlxalq ekspert, fizika-riyaziyyat elmləri namizədi Sayyora Raxmankulova ilə görüş keçirilib.
Tədbirdə Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin və məktəblilərdən ibarət informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadə, Təhsil Nazirliyinin "Təhsilin idarəolunmasının məlumat sistemləri" şöbəsinin müdiri İsmayıl Sadıqov və müvafiq sahə üzrə digər mütəxəssislər iştirak ediblər.
Görüşdə müəllimlərin peşəkar səviyyəsinin yüksəldilməsində İKT-nin tətbiqi ilə yeni biliklərin əldə olunmasının əhəmiyyətindən söhbət açıldı, təkcə müəllimlərdə deyil, həm də gənc kadrlarda İKT bilik və bacarıqların, təfəkkür və dünya görüşünün formalaşmasının mühüm şərtlərdən olduğu qeyd edilib. Təhsildə İKT-nin tətbiqi, informatika fənni üzrə kurikulum proqramının məqsədi, vəzifələri və perspektivləri müzakirə olunub.
Azərbaycanda təhsilin informasiyalaşdırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirən qonaq informatika fənni üzrə kurikulumla bağlı apardığı araşdırmalar zamanı əldə etdiyi nəticələri diqqətə çatdırdı, dünya təcrübəsindən nümunələr gətirib. Kurikulum proqramı üzrə keçirilən dərslərin uşaqların dünyagörüşünün inkişaf etməsinə və məntiqi bacarığının artmasına birbaşa təsir etdiyini vurğulayıb.
S.Raxmankulova bildirib ki, artıq bütün dünyada kompyuter və informasiya texnologiyalarının inkişaf problemləri, bu sahədə yüksək səviyyəli mütəxəssislərin hazırlanması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. İKT sahəsində nəzərə çarpan dinamik inkişaf kurikulum proqramlarının da daim inkişaf etdirilməsini zəruriləşdirir.
"Öyrədənin öyrədəni" devizi ilə Azərbaycanda təşkil olunan seminarlara münasibət bildirən qonaq qeyd edib ki, müəllimlərin fəaliyyət dairəsinə yalnız müəllimlərin hazırlığına dəstək deyil, valideynlərlə iş, cəmiyyətin maarifləndirilməsi, cəmiyyətlə məktəbin, ailə ilə müəllimin əməkdaşlığının təşkil edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də daxildir.
Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi olan "Təhsil Sahəsində İkinci İslahat" layihəsinin "Kurikulum İslahatı və Tətbiqinə Dəstək" alt komponenti çərçivəsində Azərbaycanda təhsilin məzmununda keçirilən islahatların qənaətbəxş olduğunu vurğulayan S.Raxmankulova İngiltərə və Kanadada informatika üzrə kurikulumun inkişaf metodları haqqında maraqlı açıqlamalar verib. Mütəxəssislərin suallarını cavablandırıb.
Görüşdə fənlərin məzmununun daim təkmilləşdirilməsi, təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması, nəticəyönümlü fənn kurikulumlarının hazırlanıb tətbiq olunması, təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə müvafiq prinsip əsasında müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL