waplog

“Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı 18 300-ə çatıb


Hazırda “Xalq kompyuteri” layihəsi çərçivəsində satılan kompyuterlərin sayı  18 300 ədəd təşkil edir. “ICTnews” elektron xəbər xidmətinin layihənin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, layihənin inkişaf meyilləri Azərbaycan əhalisi arasında ona olan tələbatın göstəricisidir. Qeyd etmək lazımdır ki, ölkənin regionlarında da layihəyə  böyük maraq müşahidə edilir.

Bu gün Azərbaycanda “Xalq kompyuteri” layihəsinin təkliflər paketinə dünya lideri “HP” şirkətinin istehsalı olan şəxsi kompyuterlər daxildir və istifadəçilər layihənin internet saytında (http://xalqkomp.az/Models.html) təqdim edilmiş istənilən həldən birini seçə bilər. Hazırda model çeşidinə “HP ProBook” və “Pavillion” noutbukları cərgəsi, şəxsi kompyuterlər, “All-in-One” sistemləri və “HP” netbuklar daxildir ki, bunların da texniki göstəriciləri bazarın bugünkü meyillərinə tam cavab verir.

“Xalq kompyuteri” layihəsi çərçivəsində təqdim edilən kompyuterlər bazar qiymətindən 25-40%  daha ucuz qiymətə 12 ay müddətinə faizsiz, möhlətlə satılır. Güzəştli şərtlərlə kompyuterləri orta məktəb müəllimləri və şagirdləri, ali təhsil müəssisələrinin müəllimləri və tələbələri, dövlət qulluqçuları, həmçinin səhiyyə sahəsinin işçiləri əldə edə bilər.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL