Azərbaycan işıq-diod işıqlandırma mənbələrinin seriya istehsalına başlayır
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi LED (Light-emitting diode) işıq-diod işıqlandırma mənbələrinin seriya istehsalına başlayır.
Buna qədər işıq-diodların eksperimental partiyası mərkəz tərəfindən uğurla istehsal edilib. Yaxın günlərdə LED işıq-diod texnologiyaları kütləvi istehsala buraxılacaq.
LED işıq-diod texnologiyalarını artıq ilin sonuna Bakının küçələrinin işıqlandırılmasında tətbiq etmək planlaşdırılır.
Layihə kommersiya xarakteri daşıyır. Respublikanın tələbatını təmin etdikdən sonra texnologiyanın beynəlxalq bazara çıxarılması planlaşdırılır.
İşıq-diod işıqlandırma texnologiyaları enerji baxımından səmərəli və ekoloji təmiz metoddur. Bu işıqlandırma sistemi adi közərən lampalardan fərqli olaraq, istehlak edilən elektrik enerjisini 80 faizədək qənaət etməyə imkan verir.
İşıq-diod işıqlandırma sistemi həm bəzək, həm də ümumi işıqlandırmada istifadə etmək üçün nəzərdə tutulub. Bunlar arxitektura binaları, küçələr, parklar və magistral yollardır.
Mərkəz, həmçinin infraqırmızı işıq-diodların istehsalını planlaşdırır. Burada məqsəd onların gələcəkdə fiber-optik rabitə xətlərində tətbiq edilməsidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL