Sosial şəbəkələr və elektron KİV ətraf mühiti necə qoruyur?
Demə, sosial şəbəkələr və internet kütləvi informasiya vasitələri (internet KİV) ətraf mühitə xeyir gətirirlər. Sosioloqlar araşdırıblar ki, məhz bu elektron resurslar planetdə yaşıllığın qorunmasına kömək edirlər. Söhbət kağıza qənaət olunmasından gedir.
“ICTnews” elektron xəbər xidmətinin “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, əvvəllər müvafiq informasiyanın ötürülməsi üçün kağızlarda çap edilən məktublardan geniş istifadə edilirdisə, internet texnologiyaların inkişafından sonra insanlar bu variantdan daha az istifadə etməyə başlayıblar.
Sosioloqların tədqiqatları göstərir ki, son illər çap məhsullarına tələbat da xeyli azalıb. Marağın azalması ilə çap mətbu orqanlarının satışı hətta rekord səviyyədə enib. Bu da nəticədə ətraf mühitin xeyrinə olub.
Məlumdur ki, kağız ağacdan hazırlandığı üçün onların qırılmasına ehtiyac var. Çap mətbu orqanlarının satışının nəzərəçarpacaq dərəcədə enməsi isə meşələrin qırılmasının qarşısını almış olur. Virtual məkana kağız formalı məhsullar tələb edilmədiyindən bu da vəziyyətin xeyrinədir.
Bundan başqa, sosial şəbəkələr və internet KİV məlumatların, informasiyaların daha çevik yayılmasına, bununla da müvafiq qurumların ekoloji problemlərə daha sürətli reaksiyasına imkan verir. Amma kompyuter texnologiyalarının istehsalı, şəbəkələrin təmin edilməsi, data mərkəzlərin qurulması üçün tələb olunan resurslar nəzərə alınarsa, bu xeyrin özü də bir qədər şübhəli qəbul edilir.
Belə ki, internet avadanlıqları böyük həcmdə elektroenerjidən istifadə tələb edir ki, bu da sonda ətraf mühitə zərərli təsir göstərir. Buna görə də ekoloqlar artıq çoxdan alternativ enerji mənbələrindən istifadəyə - hazırda dünyada yayılmaqda olan və təbii yolla “qidalanan” “günəş fermaları”na keçidi tövsiyə edirlər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL