waplog

Bakıda quraşdırılan smart kart tipli su sayğaclarının sayı artıb


Paytaxtda quraşdırılan  su sayğaclarının sayı artıb. “Azərsu” ASC-dən “İCTnews “ elektron xəbər xidmətinə verilən məlumata görə, bu tip sayğaclar qeyri-əhali qrupu üçün ödənişli əsaslarla quraşdırılacaq,  yəni onun pulunu obyektlərin sahibləri ödəyəcək.

Sayğaclar əsasən Türkiyədə istehsal olunur. Bu sayğaclara müdaxilələr qeyri-mümkündür. Müdaxilə olsa, o, dərhal qapanır, həmin istehlakçı sudan istifadə edə bilmir.

Hazırda  Bakının mərkəzi rayonlarında, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarında quraşdırılma işləri davam edir. Artıq digər rayonlardan da hansı obyektlərdə smart kart tipli sayğacların quraşdırılması ilə bağlı sifarişlər daxil olub.

Qeyd edək ki, sayğacların tətbiqi su sərfiyyatının uçotunun daha dəqiq aparılmasına, yəni yığım səviyyəsinin yüz faiz təmin olunmasına imkan verəcək.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL