waplog

Müdafiə Sənayesi Nazirliyi 36 elektron imza alıb


Müdafiə Sənayesi Nazirliyi (MSN) ümumilikdə 36 elektron imza alıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə adıçəkilən nazirliyin aparat rəhbərinin müavini Vaqif Zeynalov məlumat verib. Onun sözlərinə görə, nazirliyin bölmə rəhbərləri, onların müavinləri, sektor müdirləri e-imza ilə təmin edilib.

Hazırda MSN-də daxili elektron sənəd dövriyyəsinin yaradılması istiqamətində işlərin aparıldığını vurğulayan V.Zeynalov bildirib ki, məsələ ilə əlaqədar olaraq təkliflər hazırlanaraq təqdim edilib: “Bunun da reallaşması üçün vəsait ayrılmalıdır. Hesab edirəm ki, yaxın zamanlarda təkliflərə baxılacaq və maliyyə vəsaiti ayrıldıqdan sonra nazirlikdə daxili sənəd dövriyyəsi hazırlanacaq”.








SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL