723 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
Dövlət Radiotezlik İdarəsinin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən 2012-ci ilin 6 ayı ərzində iş planına, idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 302 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və bununla bağlı müvafiq qaydada aktlar tərtib edilib.
DRİ-dən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 723 ədəd idarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb. Onlardan 274 ədədi möhürlənib, 1 ədədi silinib, 143 ədədi qeydiyyata salınıb və 305 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 37 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL