Şəkili sahibkarlar üçün elektron xidmətlərin təqdimatı keçirilib
Sahibkarlar üçün keçirilən elektron xidmətlərin təqdimatı davam etdirilir. İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı il aparılan növbəti təqdimat bu dəfə Şəki şəhərində keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və 60-a yaxın sahibkar iştirak edib.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədbirdə sahibkarlara respublika prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanı istiqamətində görülən işlərdən danışılıb.
Belə ki, sözügedən fərmana uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin saytında elektron xidmətlərlə bağlı bölmə yaradılıb. Elektron xidmətlər bölməsində nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyalar və sertifikatlar, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib.
Tədbir iştirakçılarına icazələrin elektron informasiya portalı (http://www.icazeler.gov.az/) barədə də məlumat verilib, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Beynəlxalq Maliyyə Korporasiyasının "İnvestisiya mühiti layihəsi"nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (http://www.yoxlama.gov.az/), "Minimax" şirkətinin nümayəndələri Cavid Xəlilov isə kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş "http://www.biznesinfo.az/" internet portalının sahibkarlar üçün yaratdığı imkanlar barədə ətraflı məlumat veriblər. Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin əməkdaşı Əfqan İmanzadə sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL