Qusarın Gündüzqala kəndində elektron ATS istismara veriləcək
Yaxın günlərdə Qusar rayonunun Gündüzqala kəndində Türkiyənin “KAREL” şirkətinin istehsalı olan 128 nömrə tutumlu DS 200 tipli elektron ATS istismara verilməsi planlaşdırılır. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Qusar Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov məlumat verib.
Onun sözlərinə görə, yeniliyin tətbiqindən sonra bütün kənd sakinlərinin evlərinin telefonlaşdırılması mümkün olacaq, artıq bu istiqamətdə irəliləyişlərə nail olunub.
Qeyd edək ki, son statistik hesablamalara görə, Qusar rayonunda rabitə sahəsi sürətlə inkişaf edir. Rayonda və bütün kəndlərdə yuxarıda adıçəkilən şirkətin istehsalı olan EATS-lər sakinlərin istifadəsindədir.
Hal-hazırda rayonda 2 şəhər EATS, 27 kənd EATS, 9 mini- EATS və 35 peyk rabitəsi istismardadır. Rayon üzrə 9964 nömrə montaj tutumu mövcuddur, bundan 8343 nömrə istifadə olunur.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL