waplog

MDB məkanında ilk dəfə Xəzərin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyalar quraşdırılacaq


AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması üçün işlərə başlanılıb. Bununla bağlı ABŞ-ın “Kinemetriks” şirkətinin əməkdaşları Mathias Franke, Martin Tymon Rapa və Rudy Diazın Bakıda səfərdə olublar.

Səfərdə məqsəd dənizdibi seysmik stansiyaların quraşdırılması zamanı istifadə olunacaq qurğuların texniki imkanları, stansiyaların quraşdırılacağı platformalar (Ümid, Bahar və Günəşli yataqları) və bu stansiyaların quraşdırılması üçün lazım olan avadanlıqların müəyyənləşdirilməsi olub.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan qeyd edilib ki, səfər çərçivəsində qonaqlar RSXM-ın direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli və mərkəzin əməkdaşlarının iştirakı ilə dənizdibi seysmik stansiyalar quraşdırılacaq platformalarda olublar.

Artıq platformalarda dənizdibi stansiyaların yeri müəyyənləşdirilib. Yaxın aylarda dənizdibi seysmik stansiyalar “Ümid”, “Bahar” və “Günəşli” yataqlarındakı platformalarda quraşdırılacaq. İlkin mərhələdə dənizdibi stansiyaların quraşdırılmasında RSXM -in əməkdaşları ilə yanaşı, amerikalı mütəxəssislərin iştirakı nəzərdə tutulsa da, gələcəkdə bu tipli stansiyaların mərkəzin öz əməkdaşları tərəfindən quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyalar ilk dəfə AMEA RSXM tərəfindən quraşdırılacaq. Bu vaxta qədər MDB məkanına daxil olan heç bir ölkədə dənizdibi seysmik stansiyalar quraşdırılmayıb.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL