waplog

Qlobal İT şirkətləri təcrübələrinin sahibkarlarla bölüşəcək


Bu il oktyabrın 18-19-u Ukraynanın Kiyev şəhərində Cənub-Şərqi Avropa regionundan olan internet sahibkarları üçün “Mərkəzi və Şərqi Avropa sahibkarları günü” konfransı keçiriləcək. Bu konfrans Avropada internet texnologiyaları və sahibkarlığı ilə bağlı olan ilk 5 konfransdan biridir.

“Mərkəzi və Şərqi Avropa sahibkarları günü” bir forum olaraq Cənub-Şərqi Avropa ölkələri və dünyanın müxtəlif yerlərindən olan internet sahibkarlarının görüşərək, ən son trendləri, internet texnologiyalarının gələcək inkişafını öyrənməsini, “dəyirmi masa”lar düzənləyərək yeni ideyaları, təcrübələrini bölüşüb, şəbəkələşmələrini təmin edir.

Bundan başqa konfrans Startap yarışması çərçivəsində regiondan seçilmiş 150 internet startapları üçün başlanğıcların yerli idarəetmə nümayəndələrinə təqdim edilməsinə unikal imkanlar yaradır. Startap yarışmasının finalçıları beynəlxalq dərəcəli münsiflər heyəti qarşısında çıxış edəcək.

Konfrans həmçinin startap sahibkarlar üçün “CISCO”, “Microsoft, “SAP”, “Yandex”, “Nokia Lab” və digər aparıcı qlobal İT və İnternet kompaniyalarının seminarlarını özündə cəmləşdirir. Bu il xüsusi panel Hindistana həsr olunacaq. Belə ki, məşhur hindli sahibkarların və səhmdarlarının bu paneldə iştirak etməsi gözlənilir.

Ötən il olduğu kimi, bu il də konfransın yaxşı təsir bağışlayan spikerlər komandası olacaq. Artıq Dave McClure (500 start-ups), Brian Chesky (Airbnb), Colette Ballou (Ballou PR), Phil Libin (Evernote), Niklas Zennström (Skype), Tariq Krim (Jolicloud), Drew Larner (Rdio), Leonid Bogouslavsky (Ru-net), Marco Rodzynek (Noah Advisors) və həmçinin Balderton Capital, Advent Venture Partners, Index Ventures, DN Capital, Earlybird Venture Capital, Accel Partners, Bessemer Venture Partners, Trident Capital, Ventech Capital, DFJ Esprit, Troika Capital Partners, Russia Partners, Benchmark Capital, Greylock partners, First Round Capital kimi vacib səhmdarlar fondları tərəfindən iştiraklarıyla bağlı ilkin təsdiqləmələr alınıb. “Mərkəzi və Şərqi Avropa sahibkarları günü”ndə Ukrayna, Rusiya və Avropa startap səhnələrindən 2000-dən artıq internet sahibkarları, yenilikçiləri, səhmdarları və başqa ekspertlərin iştirak etməsi gözlənilir.

2011-ci ildə 35 ölkədən 2000-dən artıq iştirakçı “Mərkəzi və Şərqi Avropa sahibkarları günü” konfransında iştirak etmişdir, hansi ki, bu, özündə dünyanın hər tərəfindən 30-dan artıq qrup sessiyaları, 50-dən artıq spiker, 16 ölkədən 150 startap, 200 investor, ümumi idarəetməsi altında 30 milyon dollar olan 20 qabaqcıl səhmdar fondları nümayəndələrini cəmləşdirmişdi.

Konfransda Esther Dyson (“mələk-biznesmen”, filantrop, Flickr, del.icio.us, XCOR Aerospace-a investisiya qoymasi ilə tanınır), Oskar Hartmann (KupiVip-in direktoru), Florian Schweitzer (b-to-v Partners AG-nin partnyoru), David Waroquier (Mangrove Capital Partners-in partnyoru), Alexander Galitsky (Almaz Capital Partnersin həmtəsisçisi və idarəetmə partnyoru), Serguei Beloussov, (Runa Capitalın keçmis fond partnyoru), AlexBaker (BlackBerry Partners Fund™), Edward Shenderovich (Kite Ventures-in fond partnyoru), Stefan Glaenzer (Last.fm-ə investisiya yatırması ilə tanınan, White BearYard həmtəsisçisi), kimi məhur spikerlərin və Constantin Bisanz (ebaya satılan brands4friends-in təsisçisi), Andrej Nabergoj (ex Outfit7) kimi məşhur sahibkarların təqdimatlarını birləşdirir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL