İKT üzrə ümumdünya orta göstəricilərini 2 dəfə üstələyirik
Son illər ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində qeydə alınan yüksək inkişaf fonunda sektor üzrə uğurlu nəticələr əldə olunmuşdur.
Aparılan son statistik hesablamalara görə, hazırda respublika üzrə hər 100 nəfərə 48, paytaxtda isə 78 kompyuter istifadəçisi düşür. Regionlarda hər 100 nəfərə düşən kompyuter istifadəçilərinin sayı isə 45-ə bərabərdir. Bakıda əhalinin 89.5 faizi internetdən istifadə edir. Regionlarda isə bu göstərici 60 faizdən çoxdur.
Ümumilikdə respublika üzrə internet istifadəçilərinin sayı 65 faizdir ki, bunun da 30 faizi genişzolaqlı internet istifadəçiləridir. Bundan başqa, hər 100 nəfərə düşən mobil telefonların sayı isə 110-dur. Bütün bunlar ümumdünya orta göstəricilərini 2 dəfə qabaqlayır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL