Sığorta bazarının iştirakçılarının lisenziyalaşdırılması elektron formada həyata keçiriləcək
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti sığorta bazarının iştirakçılarının lisenziyalaşdırılması prosesini elektron formada həyata keçirəcək. Bu barədə açıqlamanı Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır. Bundan başqa, polislərin elektron formada bağlanması üçün qanunvericilikdə dəyişikliklərin hazırlanması üzərində iş başa çatmaq üzrədir.
"Biz elektron xidmətlərə başlamaq üçün sığorta fəaliyyəti haqqında qanuna və Mülki Məcəlləyə dəyişikliklər hazırlayırıq. Çox güman ki, qanunvericilik aktlarına dəyişikliklərin müzakirəsi parlamentin payız sessiyasında baş tutacaq", - N.Xəlilov qeyd edib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL