waplog

Milli Arxiv İdarəsi “Elektron hökumət” portalına qoşulub


Milli Arxiv İdarəsinin “Elektron hökumət” elektron xidmətlər portalına qoşulması prosesi yekunlaşıb. “İCTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə,  idarə tərəfindən göstərilən “e-müraciətlər” xidməti artıq portala inteqrasiya olunub. Bu  xidmət istifadəçilərə MİA-ya elektron müraciət etmək imkanını təqdim edir.

Qeyd edək ki,  hazırda “Elektron hökumət” portalına Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Daxili İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə, Ədliyyə, İqtisadi İnkişaf nazirlikləri,  Gömrük, Torpaq və Xəritəçəkmə, Statistika, Qiymətli Kağızlar, Şəhərsalma və Arxitektura komitələri,  Sosial Müdafiə Fondu, “Azərenerji” ASC və  Milli Arxiv İdarəsi qoşulub.






CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL