waplog

Toshiba ABŞ-da 87 milyon dollar cərimə olunub


ABŞ-ın Kaliforniya ştatının San-Fransisko Məhkəməsi Toshiba korporasiyasını digər maye-kristal panel istehsalçıları ilə əlbir olaraq cinayət işləməkdə təqsirli bilib.

Toshiba və bir sıra digər şirkətlər Birləşmiş Ştatlar ərazisinə tədarük edilən maye-kristal displeylər üçün əvvəlcədən müəyyən edilmiş qiymətlərin saxlanılmasında şübhəli bilinib. Məhkəmə işinin materiallarına əsasən, formalaşdırılmış beynəlxalq iş birliyi ədalətli rəqabətə mane olaraq istehlakçıları məhsulları süni şəkildə qaldırılmış qiymətə almağa məcbur edib, Kompulenta yazır.

Məhkəmə qərarına əsasən, Toshiba 87 milyon dollar cərimə edilib. Bu məbləğin böyük hissəsi – 70 milyon dollar hazır məhsul alan son istifadəçilərin ziyanının ödənilməsinə hesablanıb. Daha 17 milyon dollar maye-kristal panelləri sövdələşmə iştirakçılarından yuxarı qiymətə alan kənar istehsalçıların ziyanını ödəyəcək.

Lakin Toshiba özünü təqsirli bilməyərək ədalətsiz biznes üsullardan istifadə etmədiyini təkidlə qeyd edir. Bununla yanaşı əlavə etmək lazımdır ki, yapon korporasiyası çox güman cəriməni ödəməli olmayacaq, çünki sövdələşmənin digər iştirakçıları - Sharp, Samsung və LG şirkətləri artıq məhkəmənin müəyyən etdiyi məbləği ödəməyə hazır olduqlarını bildiriblər.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL