Qobustan TKQ üçün yeni inzibati binanın tikintisinə başlanılıb
Qobustan TKQ üçün yeni inzibati binanın tikintisinə başlanılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Qobustan TKQ-nın rəisi Anar Əmirov məlumat verib. Onun sözlərinə görə, indiyədək TKQ-nın binası müasir tələblərə cavab verməyib.
Burada abunə şöbəsi də o qədər qənaətbəxş olmadığından qobustanlılara daha keyfiyyətli, daha müasir xidmət göstərmək üçün yeni inzibati binanın tikintisi və daha geniş abunə şöbəsinin yaradılması da nəzərdə tutulub. İnzibati bina Qobustan Poçt filialının inzibati binası ilə yanaşı olmaqla müasir standartlara uyğun inşa olunacaq.
Binada işçi personalının rahat işləməsi üçün otaqlar, elektron ATS və digər köməkçi avadanlıqlar yerləşəcək.
Qeyd edək ki, Qobustanda bütün kənd EATS-nin birləşdirici xətlərinin optik kabellərlə təmin edilməsi istiqamətində layihəyə start verilib. Artıq 5 kənddə layihə reallaşıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL