waplog

Tərtərdə poçt məntəqələrinin sayı artırılacaq


“Tərtər rayonunun  kəndlərində yeni poçt şöbələrinin tikilməsi bundan sonra da davam etdiriləcək”.  ICTnews elektron xəbər xidmətinə bu barədə açıqlama verən rayon poçtamtının rəisi Emin Qurbanov bildirib ki, son illər kəndlərdə 11 yeni poçt binası istifadəyə verilib.

Onun sözlərinə görə, hazırda rayonda 22 poçt şöbəsi fəaliyyət göstərir. Yeni elektron avadanlıqla təchiz olunmuş poçt filialları xüsusi poçt xidmətlərini uğurla həyata keçirir.

Bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı poçtamtda pulların saxlanılması məqsədi ilə bunker tikilib. Bütün kənd şöbələrinin “COLVİR” sistemi ilə işləməsi üçün xətlər çəkilib, inventar və avadanlıqla təchiz edilib.

Qeyd edək ki, səyyar poçt xidmətlərinin tətbiqi ilə daha geniş imkanlar əldə edən Tərtər poçtu hərbiçilərə xidmət edən ən yaxşı poçtamt kimi də ön sıradadır.





RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL