Tekstil sənayesində kosmik texnologiyadan istifadə olunacaq
Tekstil sənayesində kosmik texnologiyadan istifadə olunacaq. ABŞ-ın Təchizat Nazirliyi “Kickstarter” saytının köməkliyi ilə kosmik geyim layihəsinin genişləndirilməsinin lehinə artıq 211,020 tərəfdar toplayıb.
“ICTnews” elektron xəbər xidmətinin “http://it-news-world.ru” saytına istinadən verdiyi məlumata görə, bu geyim insan bədəninə yüksək səviyyədə rahatlığı təmin etmək üçün “NASA” texnologiyası əsasında yaradılıb. Belə geyimin yaradılması üçün sintetik parçaların qarışığından istifadə olunur.
Nazirlik iddia edir ki, gün ərzində ətraf mühitdə temperatur dəyişikliklərinin baş verməsi üzündən bədəndə yaranan rütubət xoşagəlməz qoxular yaratdığı üçün belə geyim mütləq mövcud olmalıdır. Estetik amillərdən başqa, temperaturda həddindən artıq qızma və ya soyuma insan sağlamlığına zərər gətirir. Bədənin temperaturu gün ərzində dəfələrlə dəyişməyə məruz qalır.
“NASA” texnologiyasını istifadə etməklə isə ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, orqanizmi orta rahat bədən temperaturu ilə təmin etmək mümkündür. İnsanlar bu geyimlərlə yayda xoş sərinliyi hiss edə biləcəklər.
Hətta ən isti havada belə “kosmik” geyim yay günlərində daha yaxşı inkişafda olan bakteriyaların qarşısını alaraq, bədəni tərləmədən qoruya biləcək. Qışda isə geyim istini saxlamaqla soyuqdan donmanın qarşısını alacaq. Geyim bakterial artımın qarşısını almaq üçün antibakterial örtüklü olacaq.