waplog

Gəncə ATS-i “Təhlükəsiz şəhər” layihəsinə şərait yaradacaq


Gəncənin bütün ATS-də olduğu kimi, yeni istifadəyə verilən Məhsəti qəsəbəsində EATS-də genişzolaqlı internet xidmətləri göstərilir. Bunun “ICTnews.az” elektron xəbər xidmətinə  açıqlamasında Gəncə şəhər TKİ-nin rəisi Əli Hüseynov bildirib. Onun sözlərinə görə, şəhərin Məhsəti qəsəbəsində 1024 nömrə tutumlu yeni ATS özündə bütün funksiyaları cəmləyib.

Burada vətəndaşa telefon xidməti ilə yanaşı, yüksəksəviyyəli multimedia xidmətlərinin göstərilməsi diqqət mərkəzindədir. Onun sözlərinə görə, şəhərin yeni salınan ətraf yaşayış məntəqələrində yeni ATS-lərin quraşdırılması işi bundan sonra da davam edəcək.

Qeyd edək ki, yeni stansiya  mərkəzlə birləşdirici optik kabellə birləşdirilib. Bu vətəndaşlara yüksəksəviyyəli rabitə xidmətlərinin göstərilməsi ilə yanaşı, Daxili İşlər Nazirliyi Gəncə Polis İdarəsinin “Təhlükəsiz” şəhər layihəsi çərçivəsində mühafizə müşahidə kameralarının qurulmasına və qeyd olunan məlumatların həmin an mərkəzə ötürülməsinə  şərait yaradacaq.


RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL