waplog

“Samsung” 20 nanometr prosessorların nümunəsini yaradıb


“Samsung” şirkəti ARM arxitekturasında 20 nanometr texnologiya üzrə hazırlanmış ilk test çiplərinin istehsalı haqda məlumat verib. Layihədə “Cadence Design Systems” və “Synopsys” mütəxəssisləri iştirak ediblər. Yaradıcılar qeyd ediblər ki, 28 və 32 nanometrdən fərqli olaraq 20 nanometr normalara keçid vaxtı mikroçip strukturunun formalaşmasına başqa yanaşma tələb olunur.
Test nümunələri yüksək dielektrik keçiciliklə (high-k) dielektriklərdən və metal çaxmaqlarla (metal gate) tranzistorlardan istifadəyə əsaslanan HKMG metodikası üzrə hazırlanıb. Məmulatın əsasını “ARM Cortex-M0” nüvəsi təşkil edir. HKMG texnologiyası üzrə 20 nanometr ARM prosessorların kütləvi istehsalının başlanğıc müddətləri haqqında məlumat verilmir. ARM, həmçinin yarımkeçirici mikrosxemlərin istehsalı metodikaları sahəsində İBM korporasiyası ilə əməkdaşlıq edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL