“Samsung Electronics” şirkətinin gəlirləri artıb
“Samsung Electronics” şirkətinin ikinci maliyyə rübündə gəlirləri 79% artıb.Buna səbəb yeni təqdim edilən “Samsung Galaxy S III” smartfonlarının satışlarının artmasıdır.
Şirkətin ikinci maliyyə rübündə 5.9 milyard dollar əməliyyat mənfəəti əldə etməsi proqnozlaşdırılır. Bu, “Samsung” firmasının 2008-ci ildən sonra əldə etdiyi ən yüksək rüblük gəlirdir.
Analitiklər “Samsung”un gəlirlərinin qarşıdakı aylarda daha da artacağını proqnozlaşdırır. 3-cü maliyyə rübündə 19 milyon ədəd “Galaxy S III” smartfonunun satılması gözlənilir.
Qeyd edək ki, “Galaxy S III” smartfonları bu ilin may ayında satışa çıxarılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL