waplog

"Nokia" şirkəti öz xərclərini azaldıb


Finlandiyanın "Nokia" şirkəti  öz xərclərini il ərzində bir milyard avro azalda bilib. Bundan əlavə dünyanın ən iri mobil telefon istehsalçısı bu ilin payız ayına kimi mobil telefonun orta qiymətinin enmə tempinin azalacağını gözləyir.

"Nokia" analitiklərinin fikrincə, gələn il mobil telefon satışının rentabelliyi 12-14% olacaq. Bu, təxminən cari ilin göstəriciləri ilə bərabərdir. Qeyd edək ki, bəzi illərdə şirkətin  mobil telefon satışının rentabellik göstəricisi 20 faizə çatdırılıb.

"Nokia" ümid edir ki, onun onlayn servislərinin, o cümlədən “Ovi Store” internet-mağazasının aktiv istifadəçisinin sayı bir qədər də artacaq. Hazırda bu saytlara gün ərzində təxminən bir milyona yaxın istifadəçi daxil olur.




RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL