“Xalq kompyuteri” layihəsi çərçivəsində kompyuterlərin satış həcmi sürətlə artır
“Xalq kompyuteri” layihəsi çərçivəsində kompyuterlərin satış həcmində sürətli artım müşahidə olunur. Belə ki, son statistik göstəricilərə əsasən, hazırda layihə çərçivəsində satılan kompyuterlərin sayı 18435 ədəd təşkil edir. Bu barədə "İCTnews" elektron xəbər xidməti layihənin rəsmi internet səhifəsinə istinadən məlumat verir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Xalq kompyuteri” layihəsi "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "HP" şirkətinin yerli partnyoru olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.
Hazırda bu layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə güzəştli şərtlərlə kompyuterə sahib olmaq imkanını təqdim edir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL