waplog

AMEA-nın Tədris-İnnovasiya Mərkəzi ixtisasartırma kursları təşkil edib


Azərbaycan Milli Elmlər Akademiyası İnform asiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzi ölkənin bir sıra ali məktəblərinin tələbələri üçün elmi-istehsalat sahəsində ixtisasartırma kursları təşkil edib. Bu barədə İTİ-nin məlumatgında deyilir.
Hazırda Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və digər ali məktəblərin tələbələrinin təhsil almaları üçün bütün lazımi şərait yaradılıb. Tədris mərkəzi ixtisasartırma prosesinə "2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində orta təhsil müəssisələrinin müəllim heyətini də cəlb edib. Mərkəz tərəfindən "İnformatika" fənni üzrə Bakı şəhəri və regionların məktəb müəllimləri sertifikatlaşdırılıb.
İTİ-nin bazasında AMEA-nın AzScienceNet şəbəkəsində məsafədən təhsilin yeni platforması da fəaliyyət göstərir ki, bu da ali məktəblərin tələbələri üçün məsafədən təhsil kursları və onlayn-mühazirələr təşkil etməyə imkan verir. Ali məktəblərin tələbələri interaktiv rejimdə alimlərlə ünsiyyət yarada və onları maraqlandıran suallara cavab tapa bilərlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL