Səhiyyə Nazirliyi də “Qapıdan-qapıya” xidmətinə qoşulub
Səhiyyə Nazirliyi də "Azərpoçt" MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsinin (EMS) tətbiq etdiyi "door-to-door" (qapıdan-qapıya) prinsipi üzrə internet-bazarlığın çatdırılması üzrə vasitəçilik xidmətinə qoşulub. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə "Azərekspresspoçt" RM-nin rəisi Eldar Tağıyev məlumat verib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin şəhər və rayonlarda yerləşən bəzi müəssisələrindən məktublar pulsuz qəbul edilərək nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə (SİM) göndərilir.
Daha sonra məktub qəbul edildikdən sonra onun xəbərnaməsi poçtla geri olaraq göndərilir və poçtalyon tərəfindən məktub göndərən müəssisəyə çatdırılır. Poçt filialı tərəfindən pulsuz qəbul edilən poçt göndərişinin pulu “Azərekspresspoçt” RM tərəfindən SİM-dən alınaraq filialın hesabına köçürülür.
Qeyd edək ki, marketinq təhlillərinə görə özünü yüksək səviyyədə doğruldan xidmət böyük marağa səbəb olub. Xarici ölkələrin uyğun poçt bölmələri tərəfindən tətbiq edilən xidmətin tariflərinin münasib olması ona marağı bir qədər də artırıb.
Xatırladaq ki, EMS xidməti 1990-cı ildə Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən yaradılıb. 1998-ci ildə ÜPİ çərçivəsində poçt administrasiyaları arasında EMS xidmətini əlaqələndirmək və xidmətin dünya bazarında irəliləməsi üçün EMS kooperativi yaradılıb. EMS xidməti dünyanın 190-dan artıq ölkəsində göstərilir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL