waplog

Personal kompüterlərin satış tempi azalıb


Personal kompüterlərin (PK) qlobal satış həcmi zəif dünya iqtisadiyyatı, eləcə də istifadəçilərin daha çox planşet və smartfonlara üstünlük verməsi fonunda gözlənildiyindən daha aşağı templərlə artır. Bu cür nəticələr dünyanın iki ən aparıcı analitik şirkətləri olan IDC və Gartner-in hesabatlarında öz əksini tapıb. Belə ki, IDC-nin hesablama metodikasına əsasən ikinci rübün yekunlarına görə personal kompüterlərin dünya üzrə satış həcmi, bundan əvvəl proqnozlaşdırılan 2,9 faiz deyil, 2,6 faiz artıb. Gartner-in hesabatında isə artım tempinin 2,3 faiz təşkil etdiyi bildirilir. Xatırladaq ki, bundan əvvəl Gartner mütəxəssisləri bu göstəricinin 6,7 faiz olacağını bildirirdi.
Hər iki analitik şirkət dünyanın ən iri PK təchizatçısının Hewlettt-Packard (HP) korporasiyası olduğunu qeyd edir. Qlobal bazarın 18,1 faizi məhz HP-nin payına düşür. İkinci və üçüncü yerləri müvafiq olaraq Dell (12,9 faiz) və Lenovo (12,2 faiz) şirkətləri tutur.
“Bu ilkin nəticələr bazardakı vəziyyəti, alıcıların və biznesin hərəkət tendensiyasını, eləcə də bazardakı ümumi narahatlıq səviyyəsini əks etdirir”, - deyə IDC-nin baş analitiki Cey Çu bildirib.
Bununla belə analitiklər bir nəticəyə gəliblər ki, bazarda istisnalar da mövcuddur. Belə ki, Apple şirkətinin Mac kompüterlərinin satış həcmi iPad planşetləri və iPhone smartfonlarının populyarlığı fonunda artmaqdadır. İl ərzində Mac-ın bu göstəricisi 15 faiz artıb. ABŞ-da Apple ilk dəfədir ki, 10,7 faiz bazar payı ilə istehsalçılar reytinqində üçüncü pilləyə yüksələ bilib. Bu cür artım tempi hesabına Apple reytinqdə Acer və Toshiba kimi şirkətləri sıxışdıra bilib

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL